Danimarka-Azərbaycan Dostlug Cəmiyyəti (DAV) 

İdarə Heyəti iclasinin

PROTOKOLU

 

 24 İyun 2010-cu il

İCLASIN GÜNDƏLİYİ:

 

1.   Ana səhifənin yeniləşdirilməsi

2.   Təşkilatın fəaliyyət planının müzakirəsi

3.   Təşkilatın büdcəsinin müzakirəsi

4.   Təşkilat üzvləri arasında iş bölgüsü planlaşdırma

5.   Cari məsələlər

 

 

DİNLƏNİLDİ:

 

1.Birinci məsələ üzrə cıxış edənlər təşkilatın web-səhifəsinin yeniləşdirilməsini vacib bilərək öz fikirlərini söylədilər.

 

rara alındı: Təşkilatın keçirdiyi toplantıların protokolları düzgün gaydada web-səhifəyə yerləşdirilsin.

 

2. İkinci məsələ üzrə çıxış edənlər təşkilatın əsas məqsədini Azərbaycanı Danimarkada tanıtmaqda və təbliğində gördüklərini qeyd etdilər və bu yöndə keçiriləcək tədbirləri təklif etdilər.


rara alındı:şkilatın sədri Gülnarə Abdullayevaya tapşırılsın ki, Hasle Kültür Evi ilə əlaqə saxlayaraq onların tədbirlərində Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin iştirakını təmin etsin.

Orhus şəhərində yerləşən Müzik kafedə Azərbaycan musiqisinin təbliqi məqsədilə musiqi gecələri təşkil edilsin və ayrı-ayrı musiqiçilər və musiqi qrupları oraya dəvət olunsunlar

 

3.Üçüncü məsələ üzrə çıxış edənlər təşkilatın büdcəsinin formalaşdırılması ilə baglı fikirlərini söylədilər.

 

rara alındı: Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin illik proqramları üzrə budcə tərtib edilsin və gələn İdarə Heyətinin növbəti iclasında ona bir daha baxilsin. 


4. Dördüncü məsələ üzrə təkliflər dinlənildi vərara alındı:

 

a) 2010-cu il avqustun 21-də Səid bəyin evində Şimali və Cənubi Azərbaycandan olan ailələr arasında sıx təmas və ünsiyyət yaratmaq məqsədilə qril gecəsi təşkil edilsin.

 

b) DHL-estafet qaçişi təşkil edilsin. Bu estafeti ilde bir dəfə keçirilməsi nəzərdə tutulur.  Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti  estafetin keçirilməsinə qismən maliyyə dəstəyi verməyi nəzərdə tutub (məsul şəxs Fidan Qocamanlı).

 

c) Jesperhus (Gül Parki) və ya Fårup Summerlandə gəzmək turunun təşkili (məsul şəxs Malena).

 

d)  ”Orhusda Azərbaycan kültür günləri” projesi 2011-ci ilin avqust ayına planlaşdırılsın. Bu məsələ ilə bağlı Azərbaycanda yerləşən müvafiq orqanlarla əlaqə saxlamaq və əməli iş qurmaq (məsul şəxs Gülnarə Abdullayeva).  


5. Cari məsələlər:

 

1.Fidan Qocamanlı təşkilatın qadın şəbəkəsi üzrə məsul şəxs seçildi.

2. Şuranın növb
əti görüşü 19 Avqust Cümə axşamı günü Frivilligcenter (Grønnegade 80) keçiriləcəkdir.

 

 

diaspora

Publication

 

© 1987-2009 Danimarka-Azərbaycan Dostluq Cəmiyyətı